Biznesinizə dəstək

İqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişafı biznesin qarşısına yeni layihələri həyata keçirmək üçün yetəri qədər maliyyə vəsaitinin olmaması problemini qoyur. Bu gün müəssisələrə maliyyələşdirmə cəlb etmənin bir çox üsulu var, lakin onların hamısı kifayət qədər effektiv və uğurlu deyil. Belə ciddi seçimdə səhvə yol verməmək üçün şirkətimiz müəssisələrə lizinq xidmətlərinin göstərilməsi yolu ilə maliyyə vəsaitlərinin çatışmazlığı probleminin həllində yardımçı olacaqdır.

“Şimal Servis” Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir. Şirkət distribusiya və lizinq xidmətləri də daxil olmaqla geniş çeşiddə məhsul və xidmət spektri təklif edir. Hər müştərimizə fərdi yanaşaraq maliyyə şərtlərini, lizinq ödənişlərinin cədvəlini və müddətini məhz Sizin layihəyə uyğun olaraq tərtib edirik. Bizimlə əməkdaşlıq Sizə müəssisənin fonduna əsas vəsaitlərinin cəlb edilməsi məsələsində düzgün qərar qəbul etməyə imkan verəcəkdir. Şirkətimizin mütəxəssisləri Sizin üçün sərfəli şərtlərlə lizinq sövdələşmələrinin hazırlamasında dəstək olacaqlar.

Bu gün müəssisəmiz Bosch, Einhell, Fiskars, Stanley, Black&Decker, Juki, Singer kimi tanınmış brendlərin distribütoru və rəsmi tərəfdaşıdır.