Lizinq və kredit bu gün müəssisənin əsas fondlarının yenilənməsi üçün ən geniş yayılmış fərqli xüsusiyyətlərə malik vasitələrdir. Belə ki, bərabər şərtlərdə potensial müştəriyə müstəqil lizinq şirkətləri tərəfindən qoyulan tələblər bankların və olnalara bağlı olan lizinq şirkətlərinin tələblərinə nisbətən daha əlverişlidir.
Onu da qeyd edək ki, qlobal maliyyə qeyri-müəyyənliyi şəraitində banklar uzunmüddətli kreditlərin verilməsinə şübhə ilə yanaşırlar, halbuki müsbət kredit tarixçəsi olan bir lizinq şirkəti Sizə uzun müddətə vəsait rahatlıqla təqdim edəcəkdir.

Üstünlükləri:

  • Lizinq Sizin yekun investisiya xərclərinizi azaldır
  • Lizinq müqaviləsinin obyekti icarə müddətində lizinq şirkətinin mülkiyyəti olaraq qaldığından girov tələb olunmur
  • Lizinq ödənişləri ƏDV-dən azaddır
  • Lizinq daha uzun müddətə verilir
  • Lizinq fond vəsaitlərinin alınması üçün əsas alternativdir
  • Lizinq müqavilənin müddəti ərzində bütün əməliyyatlar və prosedurlar lizinq şirkəti tərəfindən həyata keçirilir

Fəaliyyətə başladığı ilk gündən müəssisəmiz müxtəlif təyinatlı avadanlıqların lizinqə verilməsi ilə məşğuldur.

Müəssisənin müştərilərinə alıcının istəkləri və lizinqin predmetindən asılı olaraq avadanlığın dəyərinin 10%-dən 40%-dək avans ödənişi ilə lizinqə alınması təklif olunur.

Lizinq verənin mükafat maliyyələşdirilən məbləğdən, müqavilənin müddətindən, müqavilənin valyutasından və lizinq predmetinin likvidliyindən asılı olaraq müəyyən edilir və illik 14%-dən 22%-dək təşkil edə bilər.

Lizinq predmetinin dəyərinin qeri ödənilməsi müddəti alıcının istəyindən və ödəmə qabiliyətindən asılı olaraq 1 - 4 il arasında dəyişir.

Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq müqaviləsinin predmeti lizinq verənin mülkiyyəti olaraq qalır və yalnız müqavilənin müddəti bitdikdən sonra mülkiyyət hüququ alıcıya verilir.

Lizinq müqaviləsinin predmetinin üzərində aşağıdakı məlumatlar markalanır:

  1. Avadanlığın sahibinin adı
  2. Mülkiyyətçinin ünvanı və əlaqə nömrəsi
  3. Müqavilənin nömrəsi və tarixi

Lizinq predmeti avadanlıq olduğu halda, müqavilənin qüvvədə olduğu müddət ərzində, lizinq şirkəti tərəfindən yazılı icazə alınmadan müqavilə predmetinin quraşdırılma ünvandan başqa bir ünvana daşınalmasına icazə verilmir.

Lizinq predmeti avtomobil olduğu halda, müqavilənin qüvvədə olduğu müddət ərzində, lizinq şirkətindən yazılı icazə alınmadan, alıcı avtomobil ilə Azərbaycan Respublikasının ərazisini tərk edə bilməz.

Lizinq üzrə müraciətə baxılma müddəti 2 həftə təşkil edir. Bunun üçün müəssisənin əməkdaşı tərəfindən Sizə təqdim edilmiş ərizəni doldurmaq lazımdır.